Yuxarı

Qarabağda baş verən yol qəzasında 2 erməni ölüb, 2-si yaralanıb

Qarabağda baş verən yol qəzasında 2 erməni ölüb, 2-si yaralanıb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki erməni ölüb, ikisi yaralanıb.

“Report” “Ponorama”ya istinadən xəbər verir ki, hadisə Əsgəran-Xankəndi avtomobil yolunda baş verib. 

Belə ki, 1992-ci ildə anadan olmuş və adı açıqlanmayan sürücü idarə etdiyi “LEXUS LX 470” markalı avtomobillə Əsgəran sakini, 1986-cı il təvəllüdlü G.S.-ni vurub. Piyada hadisə yerində ölüb.

Hadisədən sonra avtomobil aşıb. Sürücü və 3 sərnişin yaralanıb. Yaralılardan biri - 1990-cı ildə anadan olmuş E.A. xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi