Qarabağa qanunsuz səfər edən üç jurnalistin adı "qara siyahı"ya salınacaq

Qarabağa qanunsuz səfər edən üç jurnalistin adı "qara siyahı"ya salınacaq
Dağlıq Qarabağ münaqişəsi
111
17 Oktyabr , 2018 17:31
Qarabağa qanunsuz səfər edən üç jurnalistin adı qara siyahıya salınacaq
Report
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan daha üç nəfərin adını "arzuolunmaz şəxslər siyahısı"na daxil edəcək.  

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.  

"Frankafoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə Keyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib. Jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları "arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcək", - məlumatda vurğulanıb.