NATO rəsmisi: "Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"

NATO rəsmisi: "Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər" Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər.
Qarabağ
11 Mart , 2019 19:51
NATO rəsmisi: Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər

"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə bildirib.

“Biz münaqişələrin həllinə cəlb olunmuruq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır... NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi