“Qarabağ: əcdadlarımızın mirası” filmi "YouTube"a yerləşdirilib - VİDEO

“Qarabağ: əcdadlarımızın mirası” filmi "YouTube"a yerləşdirilib - VİDEO “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi “Qarabağ: əcdadlarımızın mirası” adlı sənədli filmi YouTubeda paylaşıb.
Qarabağ
9 May , 2019 23:04
“Qarabağ: əcdadlarımızın mirası” filmi YouTubea yerləşdirilib - VİDEO

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi “Qarabağ: əcdadlarımızın mirası” adlı sənədli filmi "YouTube"da paylaşıb.

"Report" xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AMEA-nın Tarix İnstitutu və "Virtual Qarabağ" İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifləri tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Son xəbərlər

Orphus sistemi