Bakı. 26. sentyabr. REPORT.AZ/ Sentyabrın 25-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan
Erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçu yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.
"
Azərbaycan Müdafiə Nazirliyi vurğulayır ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.