"
Bu barədə "Report"un Rusiya bürosuna Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb", - D.Peskov deyib.
Xatırladaq ki, dünən Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər.
İqbal Rüstəmov