Putin Sarqsyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Putin Sarqsyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək Rusiya prezidenti Moskvada erməni həmkarı ilə görüşəcək
Qarabağ
15 Mart , 2017 01:23
Putin Sarqsyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. 15 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Moskvada erməni həmkarı Serj Sarqsyanla görüşəcək.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Sarqsyan martın 14-15-də Rusiya liderinin dəvəti ilə Moskvaya səfər edəcək.

Kremlin məlumatına görə, danışıqlar zamanı siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın əsas məsələlərinin müzakirəsi ilə yanaşı, vacib regional problemlərin, hər şeydən əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi