Prezidentin köməkçisi BMT-nin “Qlobal atəşkəs” təşəbbüsündən danışıb - VİDEO

Prezidentin köməkçisi BMT-nin “Qlobal atəşkəs” təşəbbüsündən danışıb - VİDEO “BMT-nin Baş katibi tərəfindən “Qlobal atəşkəs” adlı təşəbbüs irəli sürülüb. Azərbaycan tərəfi beynəlxalq sülhə çağırışları hər zaman dəstəkləyir”.
Qarabağ
30 İyun , 2020 18:22
Prezidentin köməkçisi BMT-nin “Qlobal atəşkəs” təşəbbüsündən danışıb - VİDEO

“BMT-nin Baş katibi tərəfindən “Qlobal atəşkəs” adlı təşəbbüs irəli sürülüb. Azərbaycan tərəfi beynəlxalq sülhə çağırışları hər zaman dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

"Azərbaycanla Ermənistan arasında atəşkəs sülhə çevrilə bilməyib. Atəşkəsə olan çağırışlarla bərabər, BMT Nizamnaməsindəki tələb və prinsiplərin həyata keçirilməsi, işğala son qoyulması təmin olunmalıdır. Pandemiya dövründə bu daha aktualdır", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi