Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət Ermənistanın üzərinə daha böyük siyasi, diplomatik təzyiqlər qoymalıdır”

Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət Ermənistanın üzərinə daha böyük siyasi, diplomatik təzyiqlər qoymalıdır” “Azərbaycan həmişə danışıqlarda masasında iştirak edir. Amma danışıqlar prosesini dağıdan, pozan Ermənistandır. Onun üçün bu kimi müraciətlər ilk növbədə Ermənistana olunmalıdır ”.
Qarabağ
3 Oktyabr , 2020 17:11
Prezidentin köməkçisi: “Beynəlxalq ictimaiyyət Ermənistanın üzərinə daha böyük siyasi, diplomatik təzyiqlər qoymalıdır”
Hikmət Hacıyev

“Azərbaycan həmişə danışıqlarda masasında iştirak edir. Amma danışıqlar prosesini dağıdan, pozan Ermənistandır. Onun üçün bu kimi müraciətlər, ilk növbədə, Ermənistana olunmalıdır ”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, danışıqlar naminə danışıqlar hər kəsi taqətdən salıb:

“Proses, ilk növbədə, nəticəyönümlü olmalıdır ki, işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğuna son qoyulsun və Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılsın, BMT-nin aidiyyəti qətnamələrinin həyata keçirilməsi təmin olunsun. Azərbaycan danışıqlar prosesində öz konstruktivliyini aydın və birmənalı şəkildə ifadə edib. Hesab edirk ki, indiki şəraitdə beynəlxalq ictimaiyyət Ermənistanın üzərinə daha böyük siyasi, diplomatik təzyiqlər qoymalıdır ki, Ermənistan qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarsın”.

Son xəbərlər

Orphus sistemi