Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyət Ermənistanın Füzuliyə vurduğu ziyanı qiymətləndirməlidir
Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyət Ermənistanın Füzuliyə vurduğu ziyanı qiymətləndirməlidirAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində beynəlxalq ictimaiyyətin Ermənistanın Füzuli rayonuna vurduğu ziyanın miqyasını hesabl
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində beynəlxalq ictimaiyyətin Ermənistanın Füzuli rayonuna vurduğu ziyanın miqyasını hesablayacağı barədə bildirib.
"Report" xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Beynəlxalq ictimaiyyət Ermənistanın işğal dövründə Füzulidə törətdiyi dağıntıların miqyasını qiymətləndirməlidir”.
O, qeyd edib ki, ölkəmizə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbərləri işğaldan azad edilmiş Füzuli rayonundadırlar.
Ambassadors, Heads of International Organizations and Military attaches accredited in Azerbaijan are taken for a visit to liberated Füzuli region. International community must the magnitude of destruction in Füzuli by Armenia during the period of occupation.