Prezident: "Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli istiqamətində səylərinə görə İrana minnətdarlq"

Prezident: "Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli istiqamətində səylərinə görə İrana minnətdarlq" "Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır"
Qarabağ
5 Mart , 2017 18:05
Prezident: Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli istiqamətində səylərinə görə İrana minnətdarlq

Bakı. 5 mart. REPORT.AZ/ "İranla siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İrana minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır", - deyə dövlət başçısı söyləyib.

Son xəbərlər

Orphus sistemi