Prezident Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların ailələrinin mənzil təminatı ilə bağlı tapşırıq verib

Prezident Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların ailələrinin mənzil təminatı ilə bağlı tapşırıq verib Elçin Qədimov: "Bu tapşırıq əsasında onların ailələri mənzillə təmin olunacaq"
Qarabağ
5 Dekabr , 2014 15:38
Prezident Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların ailələrinin mənzil təminatı ilə bağlı tapşırıq verib

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə girov götürülmüş Şahbaz Quliyev, Dilqəm Əsgərov və erməni hərbçiləri tərəfindən öldürülən Həsən Həsənovun ailələrinə mənzil verilməsi ilə bağlı tapşırıq verib.

Bu barədə "Report"a Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib. 

O bildirib ki, bu tapşırıq əsasında onların ailələri mənzillə təmin olunacaq.

Qeyd edək ki, bu ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev işğal altında olan Kəlbəcər rayonunda Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər, Həsən Həsənov isə güllələnərək öldürülüb.

Son xəbərlər

Orphus sistemi