Prezident İlham Əliyev: "Hazırda həm danışıqlar prosesində, həm də bölgədə yeni vəziyyət yaranıb"

Prezident İlham Əliyev: "Hazırda həm danışıqlar prosesində, həm də bölgədə yeni vəziyyət yaranıb" Azərbaycan Prezidenti: "Aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı"
Qarabağ
31 Mart , 2017 14:26
Prezident İlham Əliyev: Hazırda həm danışıqlar prosesində, həm də bölgədə yeni vəziyyət yaranıb
Azertag.az

Bakı. 31 mart. REPORT.AZ/ "Aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşdə söyləyib.

“Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır”, - deyə dövlət başçısı bildirib.

Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyətin yarandığını vurğulayan Prezident İlham Əliyev deyib: “Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü”.

Son xəbərlər

Orphus sistemi