Yuxarı

Prezident düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin bərpası işləri ilə tanış olub

Prezident düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin bərpası işləri ilə tanış olub
Dövlət başçısı və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ilin aprelində Ağdam rayonunun yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ziyan dəymiş evlərin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlanıblar.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, hərbi əməliyyatların getdiyi dövrdə Ağdam rayonunda 50 ev müxtəlif dərəcədə dağıntılara və zədələnmələrə məruz qalıb. Ziyan görən evlərdən 8-i son dövrdə həyata keçirilən tədbirlər nəticəsində yenidən tikilib, 15-i bərpa olunub, 27-si isə təmir edilib.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdamın Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olublar.

Sonra dövlət başçısı və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Sonda xatirə şəkli çəkdirildi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi