Prezident Administrasiyasının əməkdaşı: "Həlli uzadılmış münaqişələr bütün region üçün riskdir"

Prezident Administrasiyasının əməkdaşı: "Həlli uzadılmış münaqişələr bütün region üçün riskdir" "Azərbaycan suverenliyinə beynəlxalq arenada dəstək çox vacibdir"
Qarabağ
7 Mart , 2016 11:23
Prezident Administrasiyasının əməkdaşı: Həlli uzadılmış münaqişələr bütün region üçün riskdir

Bakı. 7 mart. REPORT.AZ/ "1994-cü ildə NATO ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı saziş imzalanıb və bu gün də əlaqələr və görüşlər davam edir".

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının əməkdaşı Elmar Hüseynov "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" beynəlxalq konfransında çıxışı zamanı deyib.

Çıxışı zamanı E.Hüseynov, həmçinin Azərbaycan sülhməramlılarının NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda iştirakını xatırladıb.

E.Hüseynov Dağlıq Qarabağ münaqişəsinə xüsusi toxunub. Onun sözlərinə görə, həlli uzadılmış münaqişələr bütün region üçün riskdir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk Qrupu məşğul olur, amma Azərbaycan suverenliyinə beynəlxalq arenada dəstək çox vacibdir".

Bu ilin iyul ayında Varşavada keçiriləcək NATO sammiti barədə danışan E.Hüseynov Alyansın Azərbaycanın suverenliyiylə bağlı mövqeyini gözlədiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi