Polşalı deputat: "Qarabağla bağlı beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir"

Polşalı deputat: "Qarabağla bağlı beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir" "Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və Polşa da bu missiyyanı dəstəkləyir".
Dağlıq Qarabağ münaqişəsi
5765
1 Oktyabr , 2020 10:13
Polşalı deputat: Qarabağla bağlı beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir
Silvestr Xruş
0 : 00
0 : 00

“Mən həmişə bu fikirdə olmuşam ki, uzun illərdir həlli dondurulmuş bütün münaqişələr, xüsusən də Cənubi Qafqaz kimi strateji bölgədə mövcud olan Dağlıq Qarabağ münaqişəsi potensial təhlükə ocağıdır. Bu münaqişə təxirəsalınmadan həll olunmalıdır və beynəlxalq hüququn tələbləri vaxtında yerinə yetirilməlidir. Əks halda bu hərbi toqquşmalarla, insan tələfatı ilə nəticələnir ki, bu da bizim üçün qətiyyən xoş hal deyil”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Polşa Seyminin deputatı Silvestr Xruş (Sylwester Chruszcz) deyib.

O qeyd edib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və Polşa da bu missiyyanı dəstəkləyir.

“Biz tərəfləri tezliklə sülhə çağırırıq. Minsk qrupundan isə fəaliyyətinin bərpasını və fəallıq göstərməsini gözləyirik. Çünki problemlə bağlı uzun sürən mövcud status-kvo arzu olunan deyil. Bu gün onun acı nəticələrinin şahidiyik. Müasir dünyada müasir ölkələr arasında məsələlərin silah gücünə həll olunması acı mənzərədir, - Seym üzvü əlavə edib.

Son xəbərlər

Orphus sistemi