​Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

​Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib Vistula universitetinin tələbələrinə münaqişə barədə məlumat verilib
Qarabağ
16 Yanvar , 2016 04:46
​Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Yanvarın 15-də Varşavada fəaliyyət göstərən Vistula Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilən tədbir keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Vistula Universitetinin müəllim və tələbə heyəti, Polşada fəaliyyət göstərən bir sıra araşdırma mərkəzlərinin mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vistula universitetinin beynəlxalq əlaqələr institutunun direktoru, professor Longin Pastusiak Dağlıq Qarabağ probleminin 1988-ci ildən etibarən aktiv fazaya daxil olduğunu bildirib. Qeyd edilib ki, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub.

Vistula Universitetinin doktorantı Sənnur Əliyev xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinə toxunub. O, faciənin keçmiş Sovet məkanında insanlığa qarşı törədilmiş ən qanlı hadisə olduğunu qeyd edib.

Qafqaz Universitetindəki humanitar və ictimai elmlər institutunun elmi işçisi Şamxal Əbilov “Dağlıq Qarabağa ümumi tarixi baxış: Azərbaycanın mövqeyi” adlı məruzəsi ilə geniş çıxış edərək ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülmə tarixindən söz açıb.

Seminar müzakirələrlə davam etdirilib.

Azərbaycanın Polşadakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı polyak dilində nəşr etdirdiyi kitablar və 20 Yanvar faciəsi haqqında polyak dilində çap olunan açıqca seminar iştirakçılarına təqdim edilib.

Son xəbərlər

Orphus sistemi