Polad Bülbüloğlu Böyük Britaniya səfirini Qarabağ münaqişəsi barədə məlumatlandırıb

Polad Bülbüloğlu Böyük Britaniya səfirini Qarabağ münaqişəsi barədə məlumatlandırıb Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri xanım Debora Bronnertini qəbul edib.
Qarabağ
15 Yanvar , 2020 01:11
Polad Bülbüloğlu Böyük Britaniya səfirini Qarabağ münaqişəsi barədə məlumatlandırıb

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri xanım Debora Bronnertini qəbul edib.

Azərbaycanın Rusiyadakı Səfirliyindən “Report”un Rusiya bürosuna verilən məlumata görə, həmkarını təyinatı münasibətilə təbrik edən P.Bülbüloğlu ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusunda fəaliyyəti barədə ətraflı məlumat verib.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumu barədə söhbət açaraq, bir milyondan artıq azərbaycanlının doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşməsinə səbəb olmuş işğal faktının hələ də davam etdiyini bildirib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyən P.Bülbüloğlu mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. Bundan əlavə, o Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyulmasını tələb edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının əhəmiyyətini qeyd edib. Eyni zamanda, Səfir Polad Bülbüloğlu dünya birliyini işğal faktına biganə qalmamağa çağıraraq, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini önə çəkib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi