Platforma: Sülh təşəbbüsünü dəstəkləyən erməni fəallar Ermənistan hökuməti tərəfindən ciddi təzyiqə məruz qalıb

Platforma: Sülh təşəbbüsünü dəstəkləyən erməni fəallar Ermənistan hökuməti tərəfindən ciddi təzyiqə məruz qalıb "Ermənistan və Azərbaycan arasında sülh platforması"nın iştirakçıları beynəlxalq ictimaiyyəti bunun qarşısını almağa çağırıb
Qarabağ
13 Yanvar , 2017 14:12
Platforma: Sülh təşəbbüsünü dəstəkləyən erməni fəallar Ermənistan hökuməti tərəfindən ciddi təzyiqə məruz qalıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "Ermənistan və Azərbaycan arasında Sülh Platforması"nın iştirakçıları beynəlxalq ictimaiyyəti Ermənistan hökuməti və hüquq-mühafizə orqanları tərəfindən erməni fəallara qarşı tətbiq edilən repressiyanın və təzyiqin qarşısını almağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Sülh Platforması" tərəfindən yayılan bəyanatda deyilir.

"Platforma - münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istəyən Azərbaycan və Ermənistan vətəndaşlarının təşəbbüsüdür. Lakin bu sülhməramlı təşəbbüsü dəstəklədiyini bildirən erməni ictimai xadimlər və sülhməramlılar Ermənistan hökuməti və hüquq-mühafizə orqanları tərəfindən ciddi təzyiqə məruz qalıblar", - bəyanatda bildirilib.

Qeyd olunub ki, Dağlıq Qarabağda sülh təşəbbüsünü dəstəklədiyini Azərbaycan mediasına açıq şəkildə bildirən gənc şairə Lusine Nersisyan bundan qısa müddət sonra müvəqqəti saxlanılıb. Bundan əlavə, siyasi sığınacaq xahişi ilə Azərbaycan hakimiyyətinə müraciət edən vətəndaş fəalı Armen Virabyanın yaxınları və qohumları Yerevanda təqibə məruz qalıb. Təqib və təzyiq həmçinin Yerevandan olan fəal Tamella Arzumanyana və ABŞ-dan olan yazıçı Anna Paytyana, eləcə də onların qohum-əqrəbalarına qarşı olub.

"Ermənistan və Azərbaycan arasında Sülh Platforması"nın iştirakçıları beynəlxalq ictimaiyyəti bu erməni fəallarına qarşı təzyiqlərin dayandırılması üçün səylər göstərməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi