Piter Semnebi: "Qarabağ münaqişəsinin həll edilməməsi regionun bütün ölkələrinin inkişafına mane olur"

Piter Semnebi: "Qarabağ münaqişəsinin həll edilməməsi regionun bütün ölkələrinin inkişafına mane olur" "Tezliklə bu münaqişənin həllində irəliləyiş olacağına ümid edirəm"
Qarabağ
17 Mart , 2017 12:19
Piter Semnebi: Qarabağ münaqişəsinin həll edilməməsi regionun bütün ölkələrinin inkişafına mane olur
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionun bütün ölkələrinin inkişafına mane olur.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

"Dağlıq Qarabağ prosesinin öyrənilməsinə çox vaxt sərf etmişəm. İnsanlarla görüşüb böhrandan çıxış yolu axtarmışam. Tezliklə bu münaqişənin həllində irəliləyiş olacağına səmimi qəlbdən ümid edirəm", - deyə P.Semnebi deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycan üçün, həm də bütün region üçün vacibdir: "Qarabağ münaqişəsinin həll edilməməsi regionun bütün ölkələrinin inkişafına mane olur".

"Hesab edirəm ki, Qarabağ münaqişəsi diqqətəlayiqdir. Münaqişəni, iştirakçılarını, tərəflərin maraqlarını yaxşı bilirəm. Məncə, münaqişənin həlli bütün tərəflər üçün faydalı olacaq", - keçmiş diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi