Anna Akopyan oğlunun Qarabağdan köçürüldüyünü təsdiqləyib

Anna Akopyan oğlunun Qarabağdan köçürüldüyünü təsdiqləyib “Oğlumuzun Yerevana köçürülməsinin Qarabağdakı vəziyyətlə heç bir əlaqəsi yoxdur”.
Qarabağ
27 May , 2019 15:30
Anna Akopyan oğlunun Qarabağdan köçürüldüyünü təsdiqləyib

“Oğlumuzun Yerevana köçürülməsinin Qarabağdakı vəziyyətlə heç bir əlaqəsi yoxdur”.

“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan mayın 27-də oğlu Aşot Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən Yerevana köçürülməsinə münasibət bildirərkən deyib.

“Aşot müvəqqəti olaraq Yerevana köçürülüb. O, xidmətini davam etdirmək üçün Qarabağa gedəcək” , - A.Akopyan jurnalistləri əmin edib.

Qeyd edək ki, bir müddət əvvəl Qarabağda hərbi əməliyyatların başalayacağı ehtimalı ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunu Yerevana apartdırdığı barədə xəbər yayılmışdı. Ancaq bununla belə, Aşot Akopyanın Qarabağda xidmətini davam etdirdiyi barədə də məlumat yayılmışdı. Ancaq Anna Akopyan oğlunun Yerevana köçürüldüyünü deməklə bu məlumatı təkzib edib. 

Son xəbərlər

Orphus sistemi