Pakistan səfiri: "Dağlıq Qarabağ məsələsində azərbaycanlı qardaşlarımızı tək qoymayacağıq"

Pakistan səfiri: "Dağlıq Qarabağ məsələsində azərbaycanlı qardaşlarımızı tək qoymayacağıq" Səid Xan Mohmand Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyə görə dost və qardaş Azərbaycan xalqına təşəkkür edib
Qarabağ
6 Fevral , 2017 16:34
Pakistan səfiri: Dağlıq Qarabağ məsələsində azərbaycanlı qardaşlarımızı tək qoymayacağıq

Bakı. 6 fevral. REPORT.AZ/ "Mənim üçün burada, Azərbaycanda olmaq böyük şərəfdir. Azərbaycan rəsmiləri ilə danışıqlar zamanı hiss etdiyim isti münasibəti görməkdən şadam".

"Report" xəbər verir ki, bunu Kəşmirin Həmrəylik Günü ilə bağlı keçirilən mətbuat konfransında Pakistanın Azərbaycana yeni təyin olunmuş səfir Səid Xan Mohmand deyib.

Çıxışı zamanı səfir Pakistan prezidenti və baş nazirinin Azərbaycana səfərlərini xatırladaraq, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ilində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərinin gözlənildiyini qeyd edib.

Ardından S.X.Mohmand Kəşmirin Həmrəylik Günü münasibətilə Pakistan prezidenti və baş nazirinin müraciətini oxuyub. Son 6 ay ərzində təqribən 120 ölüm halının qeydə alındığı, Hindistan hərbçilərinin partlayan güllələrdən istifadə etməsi nəticəsində çoxlarının ağır yaralandığı, o cümlədən 307 nəfərin görmə qabiliyyətini itirdiyi vurğulanıb. Müraciətdə münaqişənin Kəşmir sakinlərinin tələbləri əsasında həlli tələb edilib.

Çıxışında S.X.Mohmand Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyə görə dost və qardaş Azərbaycan xalqına təşəkkür edib: "Həmişə olduğu kimi, Dağlıq Qarabağ məsələsində azərbaycanlı qardaşlarımızı tək qoymayacağıq. Ötən cümə günü Pakistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsi Xocalı soyqırımı ilə bağlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamə qəbul edib. Bu qətnamə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin bütün qətnamələrinin yerinə yetirilməsini tələb edir".

Son xəbərlər

Orphus sistemi