Pakistan Müdafiə Nazirliyi: Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləməyə hazırıq

Pakistan Müdafiə Nazirliyi: Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləməyə hazırıq "Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir"
Qarabağ
3 Aprel , 2016 10:31
Pakistan Müdafiə Nazirliyi: Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləməyə hazırıq

Bakı. 3 aprel. REPORT.AZ/ Pakistan Ermənistanla münaqişədə Azərbaycana yardım etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin "Facebook"dakı rəsmi səhifəsində bildirilib.

"Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur", - bəyanatda deyilib.

Eyni zamanda, MN-in "Facebook" səhifəsi Azərbaycan və onun Silahlı Qüvvələrinə dəstək nümayiş etdirmək üçün örtük şəklinə Azərbaycanın dövlət bayrağını yerləşdirib.

Qeyd edək ki, Pakistan Ermənistanı dövlət kimi tanımır.

Son xəbərlər

Orphus sistemi