​Azərbaycan PA-nın şöbə müdiri: “Türk xalqının iradəsinə qarşı gedənlərə qarşı birləşməliyik”

​Azərbaycan PA-nın şöbə müdiri: “Türk xalqının iradəsinə qarşı gedənlərə qarşı birləşməliyik” “Beynəlxalq qüvvələr bilməlidirlər ki, xalqların iradəsinə qarşı getmək olmaz”
Dağlıq Qarabağ münaqişəsi
408
11 Dekabr , 2014 11:45
​Azərbaycan PA-nın şöbə müdiri: “Türk xalqının iradəsinə qarşı gedənlərə qarşı birləşməliyik”

Bakı. 11 dekabr. REPORT.AZ/ “Xatırlayırsızsa, Ermənistanla Türkiyə sərhədlərinin açılması yenidən gündəmə gətirilmişdi. Baxın, ABŞ Avropa müttəfiqləri ilə birləşərək, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına cəhd göstərir, ikili standartlardan çıxış edirlər”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr ənənəvi mediadan internet mediaya keçid” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin Qarabağın işğalı ilə bağlı sərhədləri bağlaması türk xalqının iradəsidir: “Beynəlxalq qüvələr bilməlidirlər ki, xalqların iradəsinə qarşı getmək olmaz. Türk xalqının iradəsinə qarşı gedənlərə qarşı birləşməliyik. Buna görə də münasibətlərimizi daha da möhkəmləndirməliyik, bu, media əlaqələrində də özünü göstərməlidir”.

Son xəbərlər

Orphus sistemi