Fekete: "Dağlıq Qarabağ münaqişəsi yalnız diplomatiya yolu ilə həll olunmalıdır"

Fekete: "Dağlıq Qarabağ münaqişəsi yalnız diplomatiya yolu ilə həll olunmalıdır" "Tərəflər danışıqlar masasına əyləşib vəziyyətdən çıxış yolu axtarmalıdır"
Qarabağ
14 Sentyabr , 2016 11:32
Fekete: Dağlıq Qarabağ münaqişəsi yalnız diplomatiya yolu ilə həll olunmalıdır

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi güc yolu ilə yox, danışıqlar yolu ilə həll olunmalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycandakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete mətbuat konfransında deyib.

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün çox həssas məsələdir. Çünki 20-dən çoxdur davam edir. katolik kilsəsinin qarşısında bu məsələni həll etmək qoyulmayıb, bu, siyasətçilərin işidir", - deyə V.Fekete bildirib.

Onun sözlərinə görə, Roma Papasının regiona səfərinin şüarı "Hamımız qardaşıq" kimidir və Papa qəti şəkildə münaqişənin hərbi yolla həllinə qarşıdır.

"Tərəflər danışıqlar masasına əyləşib vəziyyətdən çıxış yolu axtarmalıdırlar", - deyə o vurğulayıb.

V.Fekete çıxışı zamanı Roma Papasının sözlərindən sitat gətirərək müharibə və zorakılığın daha böyük zorakılıq və müharibəyə səbəb olduğunu, ona görə də bu məsələnin yalnız diplomatiya yolu ilə həll edilməli olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi