Ombudsman Aparatı ermənilərin sərhəddəki təxribatı ilə bağlı açıqlama yaydı

Ombudsman Aparatı ermənilərin sərhəddəki təxribatı ilə bağlı açıqlama yaydı “Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Pandemiya dövründə mülki əhaliyə qarşı ermənilərin bu cür hərəkətləri insan hüquqlarının kobud pozulması kimi qiymətləndirilməlidir”.
Qarabağ
13 İyul , 2020 02:11
Ombudsman Aparatı ermənilərin sərhəddəki təxribatı ilə bağlı açıqlama yaydı
0 : 00
0 : 00

“Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Pandemiya dövründə mülki əhaliyə qarşı ermənilərin bu cür hərəkətləri insan hüquqlarının kobud pozulması kimi qiymətləndirilməlidir”.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycanın Ombudsman Aparatının rəsmi feysbuk səhifəsində bildirilib

“Artıq ordumuz 3 şəhid verib. Allah Şəhidlərimizə rəhmət eləsin! Yaralılara tezliklə sağalmağı diləyirik”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Son xəbərlər

Orphus sistemi