​Olland: "Fransa Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək"

​Olland: "Fransa Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək" "Ümid edirəm ki, 2014-cü ilin oktyabrında Parisdə keçirilən iclasdakı irəliləyişlər məsələnin tezliklə həll olunmasına təkan verəcək"
Qarabağ
22 Sentyabr , 2015 11:27
​Olland: Fransa Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ "ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək".

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Müstəqillik günü münasibətilə Fransa prezidenti Fransua Ollandın Serj Sarqsyana göndərdiyi məktubda deyilir.

"Ümid edirəm ki, 2014-cü ilin oktyabrında Parisdə keçirilən iclasdakı irəliləyişlər məsələnin tezliklə həll olunmasına təkan verəcək", - məktubda deyilir.

Almaniyanın Federal prezidenti Yoahim Qauck da S.Sarqsyana göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayıb.

Son xəbərlər

Orphus sistemi