Oleq Kuznetsov: “Ermənistan ordusunun mülki əhaliyə hücumu Hitler Almaniyasının hücumuna bənzəyir”

Oleq Kuznetsov: “Ermənistan ordusunun mülki əhaliyə hücumu Hitler Almaniyasının hücumuna bənzəyir” "Azərbaycan ordusuna qələbə, Azərbaycan xalqına isə cəsarət arzulayıram”
Qarabağ
27 Sentyabr , 2020 16:25
Oleq Kuznetsov: “Ermənistan ordusunun mülki əhaliyə hücumu Hitler Almaniyasının hücumuna bənzəyir”
Oleq Kuznetsov

“Ermənistan ordusunun bazar günü sübh vaxtı Azərbaycanın mülki əhalisinə raket və artilleriya zərbələri endirməsi istər-istəməz mənə 1941-ci ilin 22 iyun tarixini – Hitler Almaniyasının qoşunlarının xaincəsinə, müharibə elan etmədən və bazar günü SSRİ-yə hücum etməsini xatırladır”.

“Report” xəbər verir ki, bunu rusiyalı politoloq Oleq Kuznetsov “Facebook” səhifəsində yazıb.

“Əslində ideoloji nasist Qaregin Njdehin davamçılarından bundan başqa heç nə də gözləmək olmaz. Tarixin də göstərdiyi kimi, nasizm və faşizm hansı milli əsaslarda formalaşdırıb inkişaf etməsindən asılı olmayaraq, həmişə və hər yerdə nifrət, təcavüz və müharibə yolunu tutur. 27 sentyabr 2020-ci il tarixdə bazar günü səhər saatlarında baş verənlər gec-tez yaşanmalı idi, çünki bu, müasir Ermənistanda illərdir yaradılmış və mövcud olan açıq nasist rejiminin mahiyyətinin təbii bir ifadəsidir.

Azərbaycan öz ərazisində və ərazi bütövlüyü uğrunda müharibə etməyə məcburdur, onun müharibəsi ədalətli və düzgündür. Ümid edirəm ki, bu, ölkənin ən yeni tarixinə “Qurtuluş” və ya hətta “Vətən” müharibəsi adı ilə daxil olacaq. Azərbaycan ordusuna qələbə, Azərbaycan xalqına isə cəsarət arzulayıram”, - Oleq Kuznetsov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi