​Novruz Məmmədov: "Qərbdə və Avropada bəziləri asanlıqla erməni diasporanın təsiri altına düşərək mövqe bildirirlər"

​Novruz Məmmədov: "Qərbdə və Avropada bəziləri asanlıqla erməni diasporanın təsiri altına düşərək mövqe bildirirlər" "Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq üçün çalışır"
Qarabağ
21 Noyabr , 2014 11:36
​Novruz Məmmədov: Qərbdə və Avropada bəziləri asanlıqla erməni diasporanın təsiri altına düşərək mövqe bildirirlər

Bakı. 21 noyabr. REPORT.AZ/ "Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq üçün çalışır".

"Report"un məlumatına görə, bunu  Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Twitter səhifəsində noyabrın 12-də təmas xəttində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərin "Mi-24" tipli döyüş helikopterinin ətrafında yaranan vəziyyətə münasibət bildirərkən deyib.

"Qərbdə və Avropada isə bəziləri asanlıqla onların təsiri altına düşərək mövqe bildirirlər. Təəssüf ki, həmsədrlərin mövqelərində də bu, özünü vaxtaşırı büruzə verir. Helikopterlə bağlı bəyanatları buna açıq nümunədir", - deyə, N.Məmmədov deyib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatına əsasən, noyabr ayının 12-də vurulmuş Ermənistanın Mi-24 tipli hərbi helikopterinin qalıqları "təmas xəttinin neytral ərazisinin minalanmış hissəsində" yerləşir. Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, ATƏT-in MQ həmsədrlərinin bu cür bəyanatları Azərbaycana qarşı təxribatdır. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun üzv ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyib və qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi