Nikolay Bordyuja Qarabağ problemini KTMT ölkələrinin təhlükəsizliyi üçün təhdid adlandırıb

Nikolay Bordyuja Qarabağ problemini KTMT ölkələrinin təhlükəsizliyi üçün təhdid adlandırıb KTMT baş katibi təşkilatın üzləşdiyi üç kateqoriyaya aid problemləri qeyd edib
Qarabağ
15 Dekabr , 2016 17:35
Nikolay Bordyuja Qarabağ problemini KTMT ölkələrinin təhlükəsizliyi üçün təhdid adlandırıb

Bakı. 15 dekabr. REPORT.AZ/ "Qaynar nöqtələr, qanunsuz narkotik dövriyyəsi, terrorizm və Qərbin Rusiya və müttəfiqləri ilə faktiki qarşıdurması 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin təhlükəsizliyinə təsir edəcək."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Nikolay Bordyuja jurnalistlərə açıqlamasında bildirib.

V.Bordyuja vurğulayıb ki, üzləşəcəyimiz üç kateqoriyalı problem görürəm: "Birincisi, qaynar nöqtələr və ya həll olunmamış münaqişələrdir: Əfqanıstan, Dağlıq Qarabağ, Donbass, Dnestryanı, Suriya, İraq, Yəmən. İkinci kateqoriyalı problem ənənəvi xarakterlidir: bura qanunsuz narkotik dövriyyəsi, terrorizm və texnogen xarakterli fövqəladə vəziyyətlər daxildir. Üçüncü kateqoriya problemlərə isə bu gün Rusiyanın Qərblə birbaşa qarşıdurması daxildir."

Onun sözlərinə görə, bütün bu problemlər bu və ya digər dərəcədə KTMT ölkələrinin təhlükəsizliyinə təsir göstərir.

Son xəbərlər

Orphus sistemi