Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəlib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın baş nazirini separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.
Paşinyan Bakı vaxtı ilə saat 19:00-da şəhərin mərkəzi meydanında mitinq keçirəcək.
Bildirilib ki, N.Paşinyan 7-ci ümumerməni idman oyunlarının açılış mərasiminə qatılıb, açılış nitqi söyləyəcək.
Qeyd edək ki, avqustun 6-dan oyunlar başlayacaq.