Nazirlik: Düşmən iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub

Nazirlik: Düşmən iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Qarabağ
19 Dekabr , 2018 09:19
Nazirlik: Düşmən iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub

Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Nəmirli, Kəngərli, Sarıcalı, Mərzili, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi