Nazir: “Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməlidir”

Nazir: “Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməlidir” Elmar Məmmədyarov Polşa Seyminin başçısı Marek Kuçinski ilə görüşüb
Qarabağ
11 Aprel , 2017 16:07
Nazir: “Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməlidir”

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Seyminin başçısı Marek Kuçinski ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seymin başçısı Azərbaycan ilə əlaqələri xüsusi əhəmiyyət verdiyini və bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ümumilikdə 7 dəfə Polşaya səfər edib və Polşanın bütün prezidentləri Bakıda olub.

Seymin başçısı Marek Kuçinski Polşanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını, Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişinin imzalanmasını dəstəklədiklərini qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Polşanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını diqqətə çatdırıb.

Nazir Seymin başçısına Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verdi və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şursının qəbul etdiyi 4 qətnamənin tələblərindən söz açıb. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi