​NATO rəsmisi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

​NATO rəsmisi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Baş katibin müavinin köməkçisi Ermənistanda keçiriləcək toplantıya hazırlığın vəziyyəti ilə tanış olub
Qarabağ
2 Mart , 2016 16:23
​NATO rəsmisi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 2 mart. REPORT.AZ/ NATO baş katibi müavinin köməkçisi Conatan Periş Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsinə dair məsələni müzakirə edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən danışıb, vasitəçilərin səylərini artırmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, görüşdə "Ermənistan+28" formatı çərçivəsində NATO Şurasının gələn həftə Ermənistanda keçiriləcək iclasına hazırlıq vəziyyəti də müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi