NATO ofisinin zabit-koordinatoru: "Dağlıq Qarabağ münaqişəsinin qızışması bütün regiona təsir göstərə bilər"

NATO ofisinin zabit-koordinatoru: "Dağlıq Qarabağ münaqişəsinin qızışması bütün regiona təsir göstərə bilər" Lahyu: "NATO danışıqların ATƏT-in Minsk qrupu formatında davam etdirilməsinin tərəfdarıdır"
Qarabağ
4 Aprel , 2016 12:36
NATO ofisinin zabit-koordinatoru: Dağlıq Qarabağ münaqişəsinin qızışması bütün regiona təsir göstərə bilər

Bakı. 4 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması bütün regiona təsir edə bilər".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz ofisinin zabit-koordinatoru Uilyam Lahyu jurnalistlərə açıqlamasında deyib.

"Münaqişə təkcə bilavasitə onun iştirakçılarına yox, ətrafdakılara da ziyan vurur", - deyə U.Lahyu bildirib.

O, Şimali Atlantika Alyansı rəhbərliyinin artıq vəziyyətin gərginləşməsindən narahatlığını ifadə etdiyini xatırladıb.

U.Lahyunun sözlərinə görə, NATO danışıqların ATƏT-in Minsk qrupu formatında davam etdirilməsinin tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi