Bakı. 12 fevral. REPORT.AZ/ "Tərəflərin Dağlıq Qarabağ bölgəsindəki münaqişə ilə bağlı vəziyyətin gərginləşdirilməsindən qaçmaq üçün iradə nümayiş etdirməsi vacibdir".
"Report" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Azadlıq" radiosuna müsahibəsində bildirib.
Amma baş katib ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin direktoru Ceyms Klapperin 2016-cı ildə Dağlıq Qarabağ bölgəsində münaqişənin kəskinləşəcəyi haqda dediklərinə münasibət bildirməkdən yayınıb.
Y.Stoltenberq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri izlədiklərini də bildirib.
Baş katib deyib ki, Azərbaycan və Ermənistan NATO-nun tərəfdaşıdır: "Biz hər iki dövlətlə əməkdaşlığı yüksək qiymətləndiririk".