​Natalya Krasovskaya: “Qarabağ Azərbaycanın tərkib hissəsidir və de-fakto geri qaytarılmalıdır”

​Natalya Krasovskaya: “Qarabağ Azərbaycanın tərkib hissəsidir və de-fakto geri qaytarılmalıdır” "Azərbaycan Silahlı Qüvvələri və xalqı torpaqlarını işğaldan azad etmək naminə döyüşə hazır olduğunu nümayiş etdirdi"
Qarabağ
7 Aprel , 2016 12:19
​Natalya Krasovskaya: “Qarabağ Azərbaycanın tərkib hissəsidir və de-fakto geri qaytarılmalıdır”

Bakı. 7 aprel. REPORT.AZ/ "Müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar da təsdiqləyir ki, Qarabağ və işğal olunan 7 rayon Azərbaycanın tərkib hissəsidir və de-fakto geri qaytarılmalıdır".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a bildirilib ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moskva filialının direktoru Natalya Krasovskaya səsləndirib.

O, bildirib ki, Ermənistanın son günlərdə müntəzəm olaraq atəşkəsi pozaraq həyata keçirdiyi təxribatları Azərbaycan tərəfi layiqincə cavablandırıb. Onun sözlərinə görə, bununla da Azərbaycan Silahlı Qüvvələri və xalqı torpaqlarını işğaldan azad etmək naminə döyüşə hazır olduğunu nümayiş etdirdi: "Mənim fikrimcə, artıq bu prosesi dayandırmaq mümkün deyil. Bu münaqişəni həll edilməmiş formada saxlamaq olmaz. Tərəflər hərbi yolla deyil, masa arxasında danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində problemin həllini tapmalıdırlar. Ümid edirəm ki, problemin həlli yolunda danışıqlar daha intensiv rejimdə davam edəcək və Azərbaycanın bu qətiyyətli çağırışı sülh yolu ilə həllini tapacaq. Rusiya bilavasitə öz sərhədlərinin yaxınlığında sülh və əmin-amanlığın olmasında maraqlıdır və düşünürəm ki, problemin sülh yolu ilə həllinə yardımını əsirgəməyəcək”.

Son xəbərlər

Orphus sistemi