Nalbandyan: "Azərbaycanla ərazilərin qaytarılması müzakirə olunur"

Nalbandyan: "Azərbaycanla ərazilərin qaytarılması müzakirə olunur" "Əlavə məlumat verə bilmərəm, əks təqdirdə danışıqlar uğursuzluğa düçar olar"
Qarabağ
18 Sentyabr , 2017 22:25
Nalbandyan: Azərbaycanla ərazilərin qaytarılması müzakirə olunur

Bakı. 18 sentyabr. REPORT.AZ/ Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində "Qarabağ zonası üçün təhlükə yaratmayacaq" ərazilərin qaytarılmasını müzakirə edir.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu bazar ertəsi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

"Ərazilərin qaytarılması ilə əlaqədar söhbət təhlükəsizlik baxımından nə Qarabağa, nə də münaqişə üçün təhlükə yaratmayacaq ərazilərdən gedir", - deyə Nalbandyan İrəvanda "Ermənistan-Diaspora" VI Ümumerməni Forumunda iştirakçıların suallarını cavablandırarkən qeyd edib.

"Başqa təfərrüatlar barədə məlumat verə bilmərəm, əks təqdirdə danışıqlar uğursuzluğa düçar olar", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi