Yuxarı

Müvəqqəti işlər vəkili: "İraq Dağlıq Qarabağ münaqişəsi məsələsində daim Azərbaycanın yanındadır"

Müvəqqəti işlər vəkili: "İraq Dağlıq Qarabağ münaqişəsi məsələsində daim Azərbaycanın yanındadır"

Bakı. 6 noyabr. REPORT.AZ/ "İraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində daim Azərbaycanın yanındadır".

"Report" xəbər verir ki, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadhi Avad Cebur əl-Şuvayli mətbuat konfransında deyib.

O bildirib ki, İraq Azərbaycanın mövqeyini tam başa düşür.

"Bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün bütün səyləri dəstəkləyirik və BMT Təhlükəsizlik Şurasının dörd müvafiq qətnaməsinin icra edilməsinə çağırırıq", - o diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi