XİN "Music for peace”in Azərbaycanın işğalda olan ərazilərində konserti barədə xəbərə münasibət bildirib

XİN "Music for peace”in Azərbaycanın işğalda olan ərazilərində konserti barədə xəbərə münasibət bildirib “Music for peace” adlı təşkilat öz məsuliyyətini dərk edərək bu kimi təxribatçı əməldən çəkinməlidir”
Qarabağ
4 Fevral , 2015 14:52
XİN Music for peace”in Azərbaycanın işğalda olan ərazilərində konserti barədə xəbərə münasibət bildirib

Bakı. 4 fevral. REPORT.AZ/ Xarici İşlər Nazirliyi (XİN) “Music for peace” adlanan qeyri-hökumət təşkilatı tərəfindən 6 fevral tarixində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində konsert proqramı təşkil ediləcəyi barədə xəbəri şərh edib.

"Report"un məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev adından yayılan şərhdə deyilir ki, "Sülh naminə musiqi”dən danışan təşkilatın iddia etdiyi adla həyata keçirdiyi missiya arasında ziddiyyət vardır: "Bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qaldığı və hərbi təcavüz və terror nəticəsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında konsertin təşkil edilməsi sülhə deyil, işğal, təcavüz, qanlı etnik təmizləmə və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının təşviqinə xidmət edir".

H.Hacıyev əlavə edib ki, “Music for peace” adlı təşkilat öz məsuliyyətini dərk edərək bu kimi təxribatçı əməldən çəkinməlidir, əks təqdirdə işğal olunmuş ərazilərə qanunsuz səfər edəcək şəxslər Azərbaycanın arzuedilməz şəxslər siyahısına daxil ediləcək.

"Eyni zamanda, bu təşkilatın YUNESCO-nun loqosundan hansı əsasla öz saytında istifadə etməsi məsələsi YUNESCO qarşısında qaldırılacaq", - H.Hacıyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi