Yuxarı

Latviya Prezidenti: “Münaqişələr dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir”

“Münaqişələr dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll edilmə

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti Eqils Levits ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını Latviya Prezidenti Eqils Levitsin diqqətinə çatdırıb. Latviya Prezidenti, öz növbəsində ən xoş arzu və salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. 

Görüş zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edilib və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri müzakirə olunub. 

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb. Bu xüsusda nazir Elmar Məmmədyarov Latviya Prezidenti Eqils Levitsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb. 

Prezident Eqils Levits dövlətlərin ərazi bütövlüyü prinsipinin təmin edilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişələrin məhz bu əsasda həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb. 

Görüşdə, həmçinin Latviya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələr, Şərq Tərəfdaşlığı çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

Tərəflər, eləcə də regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafı, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıblar. Görüşdən sonra nazir Elmar Məmmədyarov Xatirə Kitabını imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi