Müdafiə Nazirliyi: Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib

Müdafiə Nazirliyi: Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə davam edir
Qarabağ
17 Yanvar , 2017 11:00
Müdafiə Nazirliyi: Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib

Bakı. 17 yanvar. REPORT.AZ/ Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.
Hərbi qulluqçularımız arasında itki yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi bir daha bəyan edir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.

Son xəbərlər

Orphus sistemi