Yuxarı

Müdafiə Nazirliyi: Düşmən atəşkəs rejimini 21 dəfə pozub

Müdafiə Nazirliyi: Düşmən atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəylikəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi