MN: Azərbaycanın döyüş təyyarəsinin vurulması dezinformasiyadır

MN: Azərbaycanın döyüş təyyarəsinin vurulması dezinformasiyadır Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır. Nə qədər gülməli səslənsə də Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” tə
Qarabağ
2 Noyabr , 2020 17:49
MN: Azərbaycanın döyüş təyyarəsinin vurulması dezinformasiyadır

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Nə qədər gülməli səslənsə də, Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq, artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi. Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi