Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin meyitinin tapılması xəbərini təsdiqləyib

Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin meyitinin tapılması xəbərini təsdiqləyib "Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır"
Qarabağ
16 Aprel , 2016 10:28
Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin meyitinin tapılması xəbərini təsdiqləyib

Bakı. 16 aprel. REPORT.AZ/ Erməni tərəfinin Azərbaycan hərbi qulluqçusunun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan KİV-ləri aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb. Onun adı və ya hərbi rütbəsi barədə heç bir açıqlama verilməyib. Bir müddət əvvəl Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmadığı və sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işlərinin davam etdirilməsi barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi