​Müdafiə naziri: "Gürcüstan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır"

​Müdafiə naziri: "Gürcüstan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır" "Biz regionda sülh, sabitlik və uzunmüddətli inkişaf mövqeyindən çıxış edirik"
Qarabağ
15 May , 2016 19:17
​Müdafiə naziri: Gürcüstan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır

Bakı. 15 may. REPORT.AZ/ Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması mövqeyindən çıxış edir.

"Report" xəbər verir ki, bunu bazar günü Qəbələdə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli bildirib.

"Gürcüstan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. Biz regionda sülh, sabitlik və uzunmüddətli inkişaf mövqeyindən çıxış edirik", - deyə Xidaşeli üçtərəfli görüşün yekununda bildirib.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin dördüncü üçtərəfli görüşü nazir Zakir Həsənovun dəvəti ilə Qəbələdə keçirilib.

Son xəbərlər

Orphus sistemi