Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxış keçirib

Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxış keçirib Müdafiə naziri inşaat işlərinin sürətlə davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib
Qarabağ
28 Fevral , 2015 20:04
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxış keçirib

Bakı. 28 Fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri davam etdirilir.

Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov tikilməkdə olan yeni hərbi şəhərciklərə baş çəkərək vəziyyətlə tanış olub. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ərazinin perspektiv tikinti-quruculuq planına baxaraq görülən işlərin keyfiyyətini yoxlayan Müdafiə naziri inşaat işlərinin sürətlə davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi