Mövlüd Çavuşoğlu: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq"

Mövlüd Çavuşoğlu: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq" Türkiyəli nazir Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəklədiyini bildirib, türk şirkətlərini bu işdə aktiv olmağa çağırıb​
Qarabağ
3 Dekabr , 2016 13:02
Mövlüd Çavuşoğlu: Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq

Bakı. 3 dekabr. REPORT.AZ/ Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq. "Report"un məlumatına görə, bunu Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.

O, əlavə edib ki, Türkiyə ATƏT-in Minsk Qrupu çərçivəsində hər cür köməkliyi göstərməyə hazırdır: "Sergey Lavrovla Alanyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat mübadiləsini etdik. Biz görüşdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dedik. Son vaxtlar münaqişənin həll edilməsi məsələsində yavaşlanma hiss olunur. Amma biz Rusiyanın son zamanlar etdiyi addımları dəstəkləyirik".

FETÖ terror təşkilatının Türkiyədə hakimiyyət dəyişikliyi cəhdindən danışan M. Çavuşoğlu deyib ki, bu təşkilat çox təhlükəlidir: "Azərbaycan bizə dəstək verdiyi üçün bu ölkəyə təşəkkür edirəm. Azərbaycanın bu dəstəyini unutmayacağıq. Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir".

M. Çavuşoğlu, həmçinin bildirib ki, regional üçtərəfli görüşlərin keçirilməsi ilə bağlı məsələ müzakirə olunub: "Həmçinin Azərbaycanla Türkiyə yüksək səviyyəli şurası üçün hansı sənədləri imza edə biləcəyimizi də müzakirə etdik".

Türkiyəli nazir, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin dəstəklədiyini bildirib və türk şirkətlərini bu işdə aktiv olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi