Moskvada fitnəkar erməni filminin nümayişinin qarşısı alınıb

Moskvada fitnəkar erməni filminin nümayişinin qarşısı alınıb Moskvanın Azərbaycan icması fitnəkar ekstremist Mistik ölkə - Aran erməni filminin yanvarın 26-da Qələbə kinoteatrında nümayiş etdirilməsinə qarşı çıxıblar.
Qarabağ
24 Yanvar , 2020 01:37
Moskvada fitnəkar erməni filminin nümayişinin qarşısı alınıb

Moskvanın Azərbaycan icması fitnəkar ekstremist "Mistik ölkə - Aran" erməni filminin yanvarın 26-da "Qələbə" kinoteatrında nümayiş etdirilməsinə qarşı çıxıblar.

Bu barədə “Report”un Rusiya bürosuna Moskvanın Azərbaycan icmasının sədri Şamil Tağıyev bildirib. 

"Biz Moskvanın Azərbaycan icması olaraq bu fitnəkar filmin nümayişi haqqında bildikdə dərhal "Qələbə" kinoteatrının rəhbərliyinə və bilavasitə Moskva Hökumətinin Mədəniyyət Departamentinə filmin nümayişindən imtina etmək tələbi ilə müraciət etdik”, - deyə Şamil Tağıyev bildirib.

"Təşkilatımızın üzvləri həmçinin Rusiya Federasiyasının Dаxili İşlər Nаzirliyinin Ekstremizmə qarşı Baş İdarəsinə filmin Rusiya Federasiyası ərazisində nümayişinin qanuniliyini yoxlamaqla bağlı müraciət ediblər. Biz bu işə regional diaspor təşkilatlarını da cəlb etdik. Onlar filmin ölkənin başqa şəhərlərində nümayişinə yol verməyəcəklər", - Tağıyev deyib. 

Son xəbərlər

Orphus sistemi