Moqerini: "Aİ Azərbaycan və Ermənistan arasında etibarın möhkəmləndirilməsinə yardım etməyə hazırdır"

Moqerini: "Aİ Azərbaycan və Ermənistan arasında etibarın möhkəmləndirilməsinə yardım etməyə hazırdır" Avropa İttifaqının ali nümayəndəsi Vyanada Ermənistan prezidenti ilə görüşüb
Qarabağ
16 May , 2016 22:06
Moqerini: Aİ Azərbaycan və Ermənistan arasında etibarın möhkəmləndirilməsinə yardım etməyə hazırdır

Bakı. 16 may. REPORT.AZ/ Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Avstriyanın paytaxtı Vyanada Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin aprelin əvvəlində cəbhədə yaşanan gərginlik müzakirə olunub.

Moqerini Avropa İttifaqının ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini və münaqişə zonasında etibarın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin reallaşdırılması məsələsində yardım etməyə hazır olduğunu ifadə edib.

Son xəbərlər

Orphus sistemi